Ağdamda, Kəlbəcərdə, Cəbrayılda seysmoloji stansiyalar quraşdırılacaq

Ağdamda, Kəlbəcərdə, Cəbrayılda seysmoloji stansiyalar quraşdırılacaq Maraqlı
Hazırda ölkəmizdə 84 seysmoloji stansiya var, onlardan 22-si beynəlxalq qrantlar hesabına qurulub.

News24.az xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin faydalı qazıntılar kafedrasının müdiri Vasif Babazadə bildirib. Onun sözlərinə görə, Şuşada da seysmoloji stansiya qurulub:

“Eyni zamanda, Ağdamda, Kəlbəcərdə, Cəbrayılda bu stansiyaların qurulması planlaşdırılır”.