Aliment ödəməmək üçün özünü - “ölülüyə vurdu”
Maraqlı
ABŞ-da övladına aliment ödəməmək üçün ölüm qeydiyyat sistemini "sındıraraq" hazırladığı saxta sənədlə özünü ölü kimi göstərən şəxsə təxminən 7 il həbs cəzası verilib.
News24.az xəbər verir ki, Kentukki Baş Prokurorluğundan verilən yazılı açıqlamaya görə, Cessi Kipf ölüm qeydiyyatı sistemini “sındıraraq” başqa bir ştatda bir həkimin istifadəçi adı və şifrəsini oğurlayıb.
Həkimin məlumatlarından istifadə edərək Havayda ölüm qeydiyyatı sisteminə daxil olan Kipf özü üçün “ölüm şəhadətnaməsi” hazırlayıb və məlumatını oğurladığı həkimin rəqəmsal imzası ilə bu sənədi imzalayıb.
Kipf bir neçə hökumət məlumat bazasında özünü “ölü şəxs” kimi təqdim etdiyini etiraf edərək, bunu “qismən uşaq dəstəyi öhdəliklərindən qaçmaq üçün” etdiyini deyib.
Qeyd edək ki, müxtəlif ştatlarda ölüm qeydiyyatı sistemlərini, özəl biznes və ictimai şəbəkələri də “sındıran” Kipf bu şəbəkələrə giriş məlumatlarını başqalarına da satmağa çalışıb.
Günahını boynuna alan Kipf, "fırıldaqçılıq və ciddi şəxsiyyət oğurluğu" ittihamı ilə təxminən 7 il həbs cəzasına məhkum edildi.
Günel Məlikzadə