Ankarada “Qədərdə və kədərdə çiyin-çiyinə” adlı konfrans keçirilib - FOTO

Ankarada “Qədərdə və kədərdə çiyin-çiyinə” adlı konfrans keçirilib - FOTO Maraqlı
Ankarada Xocalı soyqırımının 31-ci ildönümü və Türkiyədə zəlzələdə həlak olanların xatirəsinə həsr olunmuş “Qədərdə və kədərdə çiyin-çiyinə” adlı konfrans keçirilib.

Azərbaycanın Türkiyədəki Səfirliyi və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin (TADİV) təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan və Türkiyədən millət vəkilləri, ictimai xadimlər, müxtəlif qurum və təşkilatların nümayəndələri iştirak ediblər.

TADİV rəhbəri Aygün Attar çıxışı zamanı bu cür tədbirlərin keçirilməsinin vacibliyini, onların Azərbaycan-Türkiyə birliyinin rəmzi olduğunu vurğulayıb.

Azərbaycanın Türkiyədəki Səfirliyinin müşaviri Eldar Əliyev öz növbəsində ermənilərin Xocalı soyqırımını törətməklə bölgədə Azərbaycan əhalisinin varlığına soy qoymaq istədiklərini qeyd edib. Onun sözlərinə görə, uzun illər ərzində beynəlxalq ictimaiyyət bu reallığı gizlətməyə, görməyəyə çalışırdı. Eldar Əliyev, Xocalı soyqırımını törədənlərin mütləq şəkildə cəzalarını çəkəcəklərini də vurğulayıb.

Tədbir iştirakçıları Ermənistanın Azərbaycana qarşı hələ də nifrət bəslədiyini, ərazi iddialarını irəli sürdüyünü xatırladıb.

“200 ildir k, biz bu acıları görürük. Amma 44 günlük müharibə ilə bütün dünyaya türk dünyasına layiq olan bir dərs verdik. Xocalı soyqırımı vəhşiliyin göstəricisidir. Amma biz, türk milləti olaraq, zəfərimizdən sonra sülh istəyirik. İlham Əliyev Münhendə bir cümlə işlətdi: “Azərbayvan ərazisində Dağlıq Qarabağ deyə bir ərazi yoxdur, sadəcə Azərbaycanın Qarabağ bölgəsi var”. İlham Əliyev Blinkenə də gözəl dərs verdi. O, Laçın koridoru vasitəsi ilə Qarabağa minaların gətirildiyini sübut etdi. Xocalıya ədalət bərqərar olacaq və bu soyqırımı törədən insanlar cəzasını çəkəcək”, - deyə Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım bildirib.

Ankara Universitetinin rektoru Necdet Ünüvar Xocalının bütün Türk dünyasının bitməyən acısı olduğunu, türk xalqının bu ağrını hər zaman hiss etdiyini diqqətə çatdırıb:

“Lakin Azərbaycanın Qarabağ zəfəri türk dünyasının və məzlumlarının zəfəri idi. Azərbaycan haqlı mübarizəsi nəticəsində öz torpaqlarını işğaldan azad etdi. Azərbaycan da bizim acımız öz acısı kimi hiss edir. Bu qardaşlığın rəmzidir".
Ankarada “Qədərdə və kədərdə çiyin-çiyinə” adlı konfrans keçirilib - FOTO Ankarada “Qədərdə və kədərdə çiyin-çiyinə” adlı konfrans keçirilib - FOTO Ankarada “Qədərdə və kədərdə çiyin-çiyinə” adlı konfrans keçirilib - FOTO