Avropanın ən yaşlı qadını - gündə üç yumurta yeyir

Avropanın ən yaşlı qadını - gündə üç yumurta yeyir Maraqlı

Dünyada ikinci, Avropada birinci uzunömürlü insan kimi tanınan Emma Morano 116-cı yaşını qeyd edir.

News24.azBirləşmiş Krallığın theguardian.com saytına istinadla xəbər verir ki, İtaliyada yaşayan Emma Morano 1899-cu ildə anadan olub və uzun illərdir tənha yaşayır. Emmagil ailədə səkkiz uşaq olublar və onun bacı-qardaşları təqribən 100-102 il ömür sürüblər.
Həkimlər bu uzunömürlüyün genetik olduğunu söyləyirlər. İyirmi yaşında anemiyadan əziyyət çəkəndə həkim ona gündə üç qaynadılmış yumurta yeməyi məsləhət görübmüş. O vaxtdan indiyədək Emma Marona hər gün üç yumurta yeyir və uzun ömür yaşamasını da məhz bununla əlaqələndirir.