Bakıda dörd maşın - TOQQUŞDU

Bakıda dörd maşın - TOQQUŞDU Maraqlı
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
News24.az "Report"a istinadən xəbər verir ki, hadisə Nizami rayonu Babək prospektində qeydə alınıb.
Belə ki, 4 avtomobilin toqquşması zamanı 1992-ci il təvəllüdlü İsmayılov Nicat Rövşən oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi və qarnın küt travması diaqnozu qoyulub.