Bakıda güclü duman müşahidə olunur

Bakıda güclü duman müşahidə olunur Maraqlı


Bakıda güclü duman müşahidə olunur.

News24.az xəbər verir ki, dumanla əlaqədar paytaxtın bəzi yollarında görmə məsafəsi 70-80 metrdir.

Güclü duman səbəbindən xüsusən Sabunçu, Suraxanı, Xətai rayonlarının bir sıra yollarında nəqliyyatın hərəkəti çətinləşib. Belə ki, bəzi yollarda sürücülər görmə məsafəsinin azalması ilə əlaqədar sürət həddini azaltmağa məcbur olublar.