Bu Türk filmi Oskara namizəd oldu
Maraqlı
Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Kino Ümumi Müdirliyi Türkiyənin Oskar namizədinin, “Türkiyənin “Ən yaxşı beynəlxalq film Oskar” namizədi, rejissor Zeki Dəmirkubuzun çəkdiyi “Həyat” filmi olduğunu açıqlayıb.
News24.az Türkiyə mediasına istinadən xəbər verir ki, nazirlik qeyd edib ki, "bizim tərəfəmizdən də dəstəklənən filmə Oskar səyahətində uğurlar arzulayırıq”.
Filmdə baş rolları Miray Daner və Burak Dakak canlandırıb.
Qeyd edək ki, filmdə atası tərəfindən nişanlanmağa məcbur edilən Hicran evdən qaçır. Hicranın onsuz da onu istəmədiyini düşünən nişanlısı Rıza əvvəlcə bu vəziyyətə əhəmiyyət verməsə də, vəziyyət getdikcə çətinləşir. Rıza Hicranla üzləşməyə qərar verir. Yalnız bir dəfə gördüyü nişanlısının arxasınca İstanbula gedir və uzun sürən axtarışlara başlayır.
Günel Məlikzadə