Dünyanın ikinci ən böyük alması - 2492 karat
Maraqlı
Kanadanın mədən şirkəti Lucara Diamond, Botsvanada dünyanın ikinci ən böyük almazı olan 2492 karatlıq nəhəng almazın kəşf edildiyini açıqlayıb.
şirkətdən verilən açıqlamada, almazın Botsvananın şimal-şərqindəki Karowe Almaz Mədənində rentgen şüaları ilə aşkarlama texnologiyasından istifadə edilərək kəşf edildiyi bildirilib.
Lucara tapıntıya qiymət verməyib və ya keyfiyyətini qeyd etməyib. Bununla belə, karat baxımından daş 1905-ci ildə Cənubi Afrikada kəşf edilmiş 3016 karatlıq Cullinan almazından sonra ikinci yerdədir.
Lucara prezidenti Uilyam Lamb açıqlamasında deyib: “2492 karatlıq bu qeyri-adi almazı tapdığımız üçün çox xoşbəxtik”.
Günel Məlikzadə