"iPhone Pro və Pro Max" bu ölkədə - istehsal ediləcək

"iPhone Pro və Pro Max" bu ölkədə - istehsal ediləcək Maraqlı

Apple bu il Hindistanda istehsal olunan iPhone Pro və Pro Max modellərini təqdim etməyi planlaşdırır.

News24.az “Bloomberg”ə istinadən xəbər verir ki, “Apple” şirkəti özünün ən bahalı telefon modelləri olan “iPhone Pro” və “Pro Max”ı Hindistandakı müəssisələrdə istehsal etməyi və satışa çıxarmağı planlaşdırır.

Mənbələrin verdiyi məlumata görə, Foxconn Technology Group bu ilin payızında qlobal bazara çıxarıldıqdan bir neçə həftə sonra yeni cihazların istehsalına başlayacaq.

iPhone 16 Pro və Pro Max-ı qlobal təqdimata mümkün qədər yaxın istehsal etməyə tələsən şirkətin Tamil Nadu əyalətinin cənubundakı fabrikində minlərlə işçini öyrətməyə başladığını bildirib.

Qeyd edək ki, Apple, iPhone-ların böyük əksəriyyətini Çində istehsal edir, lakin Pekin və Vaşinqton arasındakı gərginliklə bağlı riskləri azaltmaq üçün tədricən ölkə xaricində də fəaliyyət göstərir.

Bu səy Apple-ın 2024-cü ilin martına qədər olan maliyyə ilində Hindistanda 14 milyard dollar dəyərində iPhone istehsal etməsi ilə nəticələnib.

Günel Məlikzadə