Kişi itə olan sevgisi sayəsində bu qədər qazandı
Maraqlı
ABŞ-nin Ohayo ştatının sakini itə olan sevgisi sayəsində 50 min dollar qazanıb.
News24.az Medianews.az-a istinadla xəbər verir ki, bu barədə Daily Mirror yazır.
Sözügedən Rocer Sours lotereya bileti alıb. Lotereyanın nömrəsi isə, ölmüş itə aid olan lisenziyadakı nömrə ilə eyni idi.
Bəzi Amerika ştatlarında it sahibi olmaq üçün belə bir sənəd tələb olunur.
Kişi televiziyada lotereyanın nəticələrini görüb. Soursun sözlərinə görə, qalib gəldiyini anladıqdan sonra bir müddət hərəkət edə bilməyib.
“Mən sadəcə olaraq bunun baş verdiyinə inana bilmədim”, – deyə təəssüratlarını bölüşüb. Sours əlavə edib ki, mükafat pulunu borclarını ödəmək üçün istifadə edəcək, qalanını isə əmanət kimi saxlayacaq.