"Marvel" qəhrəmanları ekranlara geri dönür - 3 YENİ SERİAL - VİDEO
Maraqlı
"Marvel" studiyası 3 yeni serialını yayımlamağa hazırlaşır.
News24.az xəbər verir ki, bu il təqdim ediləcək seriallar "Disney+" platforması üzərindən tamaşaçılara təqdim ediləcək.
Yanvar ayının 15-i ilk yayımlanacaq serial isə "VandaVijen" olacaq. Serialda "Qisasçılar:Final"dan sonra Qırmızı İfritə və Vijen ilə baş verən hadisələr göstəriləcək. Süjetə görə, super qəhrəmanlar dinc ailə həyatına başlayırlar, lakin tezliklə reallığın ilk baxışdan göründüyü kimi olmadığından şübhələnirlər.
19 mart tarixində "Şahin və Qış əsgəri" serialı "Disney+"da təqdim ediləcək 2-ci ekran işidir. Sem Uilson Kapitan Amerikanın yeni kostyumunu sınayacaq və Stiv Rocersin ona həvalə etdiyi missiyanın öhdəsindən gəlməyə çalışacaq. Baki, öz növbəsində yenidən cəmiyyətin bir hissəsi olmağa və müasir dünyanın təqdim etdiyi hər şey haqqında daha çox şey öyrənməyə hazırdır.
"Loki" serialı bu ilin may ayında yayımlanacaq. Serialda hadisələr "Qisasçılar:Final" filmindən sonra yaşanır. Loki Tesseraktı oğurlayır və alternativ kainat yaradır.