"Real"ın futbolçusunun adı begemota verildi

"Real"ın futbolçusunun adı begemota verildi Maraqlı

"Real"ın futbolçusu Antonio Rüdiger Almaniyanın Berlin şəhərindəki zooparkda cırtdan begemotlardan birini himayəyə götürüb.

News24.az Ednews-a istinadla xəbər verir ki, bu səbəbdən begemota müdafiəçinin adı verilib.

Qeyd edək ki, Berlində doğulan A.Rudigerin anası Afrika ölkəsi Syerra-Leonedəndir. Cırtdan begemotlar bu ölkədə təbii şəraitdə yaşasa da, onların sayı 2500-ə yaxındır. Zooparkla əməkdaşlıq sayəsində futbolçu bu begemot növünün qorunması üçün kampaniyanı gücləndirməyə ümid edir.