Rusiya vətəndaşı on üçüncü övladını dünyaya gətirdi
Maraqlı
Rusiyanın Ufa şəhər sakini Liliya Fəttaxova 13-cü dəfə ana olub.
News24.az xəbər verir ki, qadının sözlərinə görə, özünü həqiqətən xoşbəxt hiss edir. Çoxuşaqlı ana əmindir ki, evdə sevgi və qarşılıqlı anlaşma hökm sürür.
Başqırdıstan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinə çoxuşaqlı ata Əzəmət Fəttaxov deyib: “Biz əvvəlcə dedik ki, dörd uşaq istəyirik, sonra belə oldu... Uşaqların hamısı dəyərlidir.
Valideynlər hələ on dördüncü uşaq haqqında düşünmürlər, lakin bunun mümkünlüyünü də istisna etmirlər.
Məryəm İlhamqızı