TÜRKSAT 6A-nın kosmosa buraxılacağı - TARİX AÇIQLANDI
Maraqlı
Türkiyənin ilk yerli və milli rabitə peyki TÜRKSAT 6A-nın kosmosa buraxılacağı tarixi açıqlanıb.
News24.az xəbər verir ki, Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlunun sözlərinə görə, TÜRKSAT 6A 2024-cü ilin iyununda kosmosa buraxılacaq.
Qeyd edək ki, Space X ilə TÜRKSAT 6A arasında imzalanan buraxılış xidmətlərinin tədarükü müqaviləsi 2021-ci ilin iyulunda qüvvəyə minib.
Müqavilə üzrə koordinasiyalar nazirliyin tabeliyində olan TÜRKSAT tərəfindən həyata keçirilir.
Günəş Mərd