Tərtərdə qonşusunu öldürən şəxsin cinayət işi - MƏHKƏMƏYƏ GÖNDƏRİLDİ

Tərtərdə qonşusunu öldürən şəxsin cinayət işi - MƏHKƏMƏYƏ GÖNDƏRİLDİ Maraqlı
Tərtər rayonunda qətl törətməkdə təqsirləndirilən Nail Hümbətovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

News24.az xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Elmin Rüstəmovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, 2020-ci il mayın 8-də Tərtər şəhərinin Cavanşir küçəsində yaşayan A.Hümbətov Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” xidmətinə müraciət edərək yaşadığı evin yaxınlığında kişi meyiti olduğu barədə məlumat verib.
İlkin araşdırma zamanı müəyyən olunub ki, Tərtər sakini, 1980-ci il təvəllüdlü Zeynalov Xətai Sabir oğlu mayın 8-i gecə saatlarında qonşusu Hümbətov Naib Nadir oğlu tərəfindən bıçaqlayaraq öldürüb. Daha sonra Nail Hümbətov saxlanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanılıb. /report.az