UFO saytı fəaliyyətə başlayır
Maraqlı
ABŞ hakimiyyət orqanları 2022-ci ildə UFO sahəsində ictimaiyyəti ən son nailiyyətlər haqqında məlumatlandırmaq üçün müxtəlif anomal uçuş hadisələrinin öyrənildiyi vebsayt yaradıb.
News24.az xəbər verir ki, bu barədə “Rg.ru” məlumat yayıb.
Agentliyin rəhbəri Şon Kirkpatrik deyib: "Bu sayt ciddi elmi əsaslara və mövcud məlumatlara əsaslanaraq ABŞ hökumətinin naməlum uçuş hadisələri ilə bağlı səylərinə rəhbərlik edəcək ekspertləri əhatə edir".
O vurğulayıb ki, agentlik artıq məlumat toplama texnologiyasını təkmilləşdirmək, ona olan tələbləri standartlaşdırmaq və anomal uçuş hadisələrinin yaratdığı potensial təhlükəsizlik təhdidlərini azaltmaq üçün bir sıra mühüm addımlar atıb.
İndi portal həm ABŞ-da, həm də onun hüdudlarından kənarda belə obyektlərlə rastlaşmanın “açılmamış” hallarının bir neçə videosunu artıq dərc edib.
Ayşən