vivo Y300 Pro - 5000 nits parlaqlıq, 6500 mAh batareya

vivo Y300 Pro - 5000 nits parlaqlıq, 6500 mAh batareya Maraqlı

Son zamanlar vivo bir çox ölkədə, xüsusən də vətəni Çində bazar payını artırır. Bu uğurunu davam etdirmək üçün məhsul kataloqunu daim genişləndirən şirkət, tezliklə vivo Y300 Pro modelini təqdim etməyə hazırlaşır. Çox gözlənilən vivo Y300 Pro-nun təqdimat tarixi açıqlandı.

News24.az xəbər verir ki, mövcud iddialara görə, telefon 6,77 düymlük AMOLED ekranla gələcək. 5000 nit parlaqlıq təqdim etməsi gözlənilən bu ekran 120 Hz-i dəstəkləyəcək.

Qualcomm tərəfindən istehsal edilən Snapdragon 8 Gen 1 prosessorunu özündə ehtiva etməsi gözlənilən vivo Y300 Pro, 8 GB RAM ilə gələcək. Bu nöqtədə onu da qeyd etməliyik ki, əlavə 8 GB virtual yaddaş dəstəyinin olacağına dair söz-söhbətlər də var.

Digər tərəfdən telefonun 32 meqapiksellik selfi kamerası olacağı gözlənilir. Arxa korpusda 50 Meqapiksel + 2 Meqapiksellik ikili quraşdırmanın olacağı deyilir. Nəhayət, onun 6500 mAh batareyadan güc alacağı və 80 Vt sürətli şarjı dəstəkləyəcəyi də iddia edilir.

vivo vitse-prezidenti və Məhsul Strategiyasının Baş Meneceri kreslosunda oturan Jia Jingdong, vivo Y300 Pro modelinin sentyabrın 5-də təqdim ediləcəyini açıqlayıb. Buna uyğun olaraq tezliklə satışa çıxarılacaq cihazın smartfon dünyasında diqqət çəkəcəyi gözlənilir.

Günel Məlikzadə