“YouTube”da problem yarandı

“YouTube”da problem yarandı Maraqlı
"YouTube” kanalının işində problem yaranıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, hostinqin fəaliyyətindəki nasazlıq ABŞ, Kanada, Cənubi Amerika ölkələri, Yaponiya və Qərbi Avropada müşahidə olunub. İstifadəçilərin 19%-i kanala daxil ola bilməyib, 71%-i isə videoları izləyə bilmədiklərindən şikayətlənib.

9% istifadəçi isə şəxsi hesablarına daxil ola bilməyib.