Ərtoğrol Cavidin musiqi əsərləri yeni aranjemanda təqdim olunacaq
    • 22-01-2020, 15:19
    • 1 359

Ərtoğrol Cavidin musiqi əsərləri yeni aranjemanda təqdim olunacaq

Bu gün Avstraliyalı musiqişünas Con Varney AMEA Hüseyn Cavidin Ev muzeyinin qonağı olub. 

News24.az xəbər verir ki, Con Varney Ərtoğrol Cavidin yaradıcılığı ilə maraqlandığını və onun bəstələdiyi musiqi əsərlərinə yüksək qiymət verdiyini bildirib.

Avstraliyanın Kvinslənd vilayətində yerləşən Ormiston Kollecinin professoru Ərtoğrol Cavidin “Noktürn” və “Məzəli rəqs” adlı iki musiqi əsərini aranjeman edib. Fortopiano üçün bəstələnmiş bu musiqi əsərləri yeni aranjemanda fleyta, skripka, violançel kimi musiqi alətlərində, ansamblda ifa oluna biləcək.

AMEA Hüseyn Cavidin Ev Muzeyinin rəhbərliyi musqişünas Con Varney Ərtoğrol Cavidin digər bəstələrini də aranjeman etmək üçün yeni layihəyə başlayacaq.