"Azərbaycan aşıqları" adlı layihə START GÖTÜRÜR
    • 8-04-2020, 15:15
    • 1 260

"Azərbaycan aşıqları" adlı layihə START GÖTÜRÜR

"Mədəniyyət" kanalı və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə yeni layihə start götürür. 

News24.az xəbər verir ki, "Azərbaycan Aşıqları" adlanan layihə Azərbaycan milli folklor musiqimizin təbliğinə xidmət edir. Əsas məqsəd şifahi ənənəli profesional musiqi sənəti olan aşıq musiqisini bu gün daha da geniş aspektdə təbliğ etməkdir. 

Azərbaycan aşıqları layihəsi çərçivəsində iştirakçılar musiqi və dastanlarını təqdim edəcəklər. Mədəniyyət Nazirliyindən bildirilib ki, xalq yaradıcılığı və regional şöbələrimizdə fəaliyyət göstərən aşıqların 3-5 dəqiqədən çox olmamaq şərtilə ifa və dastanlarını aşıqlar şəxsi mobil telefonları ilə video lentə alaraq təqdim etsinlər. Eləcə də Azərbaycan aşıqları layihəsinə Milli Elmlər Akademiyasının Folklor İnstitutu, Azərbaycan Aşıqlar Birliyi, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin iştirakçıları olan aşıqlar ifalarını aşağıdakı qeyd olunan formatda təqdim etsinlər.

Mən (rayonda və ya şəhərdə) fəaliyyət göstərən (ad və soyad) _______ 

Mədəniyyət kanalı və Mədəniyyət Nazirliyinin birgə “Azərbaycan aşıqları” layihəsinə qoşuluram və ifamı sizə təqdim edirəm.

Qeyd edək ki, layihənin informasiya dəstəkçisi News24.az saytıdır.

Sevda Bayramova