Batan qayıqdan xilas edilənlərin son vəziyyəti - AÇIQLAMA

Batan qayıqdan xilas edilənlərin son vəziyyəti - AÇIQLAMA Sağlamlıq

Gəzinti qayığından xilas edilənlərin vəziyyətləri stabildir, gün ərzində evə buraxılacaqlar.

News24.az xəbər verir ki, bu barədə  Kliniki Tibbi Mərkəzdən (KTM) bildirilib.

Qeyd olunub ki, bu gün səhər saatlarında Xəzər dənizində baş verən hadisə nəticəsində xəsarət almış şəxslər (3 nəfər qadın olmaqla) KTm-ə hospitalizasiya olunub: "Mərkəzdə onlara zəruri tibbi xidmət göstərilib. Hazırda vəziyyətləri stabildir. Gün ərzində ambulator müalicə üçün evə buraxılmaları nəzərdə tutulub".