"Azərbaycan xalqı kimyalaşıb"

"Azərbaycan xalqı kimyalaşıb" Sağlamlıq

Azərbaycanda aptek şəbəkələri başqa ölkələrdən 20 dəfə artıqdır.

Bu sözləri News24.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib. Ekspert bildirib ki, bu gün klinikalarda insanlar növbələrdə ürək-damar xəstəliklərindən əziyyət çəkirlər".

“Qeyd edim ki, ümumdünya statistikasında zəhərlənmələrin sayı 700 dəfə az göstərilir: Əgər bu rəqəmlərə baxsaq, dünyanın ən xoşbəxt xalqı kimi görünürük. Lakin biz gərək Ümumdünya Səhiyyə Təşkilatının orta insan ömrünün uzunluğuna dair statistikasına baxaq. Burada isə biz 190 ölkə içərisində 115-ci yerdəyik. Yəni, səhiyyəyə, qidaya əlçatanlıq az olan Banqladeşdən, Şir-Lankadan və digər ölkələrdən uzunömürlülük baxımından geridə qalırıq.  Bu gün ölkəmizdə qidaların keyfiyyətində ciddi problemlər var. Bəzi qurumlar qidanın yalnız təhlükəsizliyinə təminat verir, keyfiyyət məsələsi isə qalıb arxa planda. Sanki keyfiyyət məsələsini buraxıblar taleyin ümidinə ki, insanlar apteklərdə növbəyə düzülsün”.

E.Hüseynov onu da qeyd edib ki, Azərbaycanda biznes qurumlarına  toxunulmazlıq hüququ yaradılıb:

“Onlara heç kəs toxuna bilməz, yoxlaya bilməz. Qida sahəsində dövlətin bu siyasətini dəstəkləmirəm. Biznes qurumlar heç kəsə rüşvət verməməlidir, çünki rüşvəti istehlakçıdan alacaqlar. Lakin qida istehsalçılarına bu toxunulmazlıq şəraiti onların vəziyyətdən sui istifadə etməsinə gətirib çıxarır.  Yerli istehsalçılar da təhlükəsiz, lakin keyfiyyətsiz qida istehsal etməklə öz işlərini görmüş olurlar. Mütləq Qida Təhlükəsizliyi Agentliyinin quru sərhədlərində laboratoriyalar qurulmalı ciddi yoxlamalar aparılmalı, cəld reaksiya mexanizmi olmalıdır. Bir yerdəki təhlükəli, keyfiyyətsiz qida satılırsa, orada tez bir şəkildə yoxlama olmalıdır.  Biz ömrü heç də uzun olan vətəndaşlar deyilik, biz nə yeyiriksə, oyuq. Biz apteklərdə, klinikalarda növbədə duran kimyalaşmış vətəndaşlarıq”.

Mehriban Mirzəzadə