Quş qripi həyəcanı: - 1,7 milyon toyuq öldürüldü

Quş qripi həyəcanı: - 1,7 milyon toyuq öldürüldü Sağlamlıq

Yaponiyada bu, cari mövsümdə ölkədə yüksək patogenli quş qripi 19-cu dəfədir ki, yayılır. Yaponiya Kənd Təsərrüfatı Nazirliyi mövsümün əvvəlindən 11 əyalətdə təxminən 1,7 milyon quşun məhv edildiyini bildirib.

Son epidemiya bazar günü təsərrüfat quş ölümlərinin sürətlə artdığını bildirdikdən sonra təsdiqlənib. 

News24.az AFP-yə istinadən xəbər verir ki, genetik testlər səbəbi virus olduğunu müəyyən edib və təcili nəzarət tədbirlərinə ehtiyac olub.

İvate regional hökumətinin rəsmisi Hiroşi Yoşida, təsirlənmiş ərazinin 3 km radiusunda yaxınlıqdakı iki fermada 170 min quşun hərəkətinə məhdudiyyət qoyulduğunu açıqlayıb.

Bundan əlavə, 10 km-lik müşahidə zonası yaradılıb və ətrafda təxminən 3,8 milyon quşun hərəkəti məhdudlaşdırılıb.

Günel Məlikzadə