Sağlam həyat tərzi ilə bağlı əsas mif

Sağlam həyat tərzi ilə bağlı əsas mif Sağlamlıq

“Orqanizmə hərtərəfli sağlamlıq faydası təmin edən super qidalar yoxdur”.

News24.az Medianews.az-a istinadla xəbər verir ki, bunu terapevt Dawn Harper deyib.

Harper, tək başına heç bir məhsulun uzun və sağlam həyat şansınızı artırmağa kömək etməyəcəyini söyləyib.

Terapevtin fikrincə, menyunuza superfud kimi tanınan bir məhsulu daxil etməkdən asılı olmayaraq, sadəcə olaraq müxtəlif qidalar yemək lazımdır. Özü də göy qurşağı qaydasına riayət edir, yəni mümkün qədər çox rəng ehtiva edən bir yeməyi hazırlamağa çalışır. Harperin qidalanmada digər prinsipləri tərəvəzləri əsas yemək, ət və ya digər zülalları isə ona əlavə kimi qəbul etməkdir.