"Şiddətli menstruasiya ağrısı normal deyil!" - XƏBƏRDARLIQ

"Şiddətli menstruasiya ağrısı normal deyil!" - XƏBƏRDARLIQ Sağlamlıq

Jinekoloq Opr. Dr. Tuncer Kumcular, endometriozis xəstəliyinə qarşı qadınları xəbərdar edib. Bu xəstəlik, uşaqlığın daxili qatını örtən toxumanın uşaqlıqdan kənarda böyüməsi ilə yaranır və çox zaman əlamətləri gözardı edilir.

Bu barədə News24.az CNN Türk-ə istinadən xəbər verir. 

Əsas əlamətlər:

Şiddətli aybaşı ağrısı

Xroniki qasıq ağrısı

Cinsi əlaqə zamanı ağrı

Sidik və nəcis zamanı ağrı

Sonsuzluq problemləri

Müalicə üsulları:

Ağrıkəsicilər

Hormon terapiyası

Laparoskopik cərrahiyyə (ən effektiv üsul kimi qəbul edilir)

Kumcular qadınlara “Ağrılarınızı normal saymayın, mütləq həkimə müraciət edin. Erkən diaqnoz çox önəmlidir” deyə çağırış edib. Sağlamlığınız hər şeydən önəmlidir.


Xeyrənsə Piriyeva