Şüyüdün 5 faydası
Sağlamlıq
News24.az şüyüdün 5 faydasını təqdim edir:
1. Qan şəkərini tənzimləyir. Belə ki, şüyüd insulin istehsalını aktivləşdirir ki, nəticədə qan şəkərinin qəfil yüksəlməsinin qarşısı alınır. Şüyüd həm diabetin idarə olunması, həm də profilaktikasında mühüm yer tutur.
2. Ürək sağlamlığını qoruyur. Şüyüdün ürək sağlamlığının qorunması və insult riskinin azalmasında mühüm rolu var. Yüksək xolesterin üzərində şüyüd əla təsir göstərir. Xolesterolu azaltmaq isə ürək sağlamlığını qorumaq üçün əsas tədbirlərdən biridir.
3. Sümükləri gücləndirir. Şüyüd yedikdə kalsium rahat sovrulur ki, bu da osteoporoz kimi sümük itkisi xroniki xəstəliklərinə təsir göstərir.
4. İnfeksiyanın qarşısını alır. Tərkibindəki antioksidan və C vitamini qədim zamanlardan şüyüdü mikroblarla mübarizə və orqanizmi infeksiyalardan qorumaqda istifadə edilib. Şüyüd yarpaqları mikrobları bədəndən uzaqlaşdıraraq yaraların müalicəsi və sağalmasında mühüm rol oynayır. Öskürək, soyuqdəymə, halsızlıq, yorğunluq kimi problemlərə qarşı isə şüyüd bədəndə ümumi canlanma yaradır və bərpaya kömək edir.
5. İmmuniteti artırır. Şüyüd immunitet sistemini gücləndirməkdə təsirlidir. Güclü immunitetlə orqanizmin mikroblarla mübarizə qabiliyyəti artır. Şüyüd müxtəlif infeksiyaların qarşısını almaqda güclü antibakterial, antiviral və antigöbələk xüsusiyyətlərinə malikdir.