Ürək 20 dəqiqə dayansa, beyin ölür?

Ürək 20 dəqiqə dayansa, beyin ölür? Sağlamlıq

Türkiyəli müğənni Fatih Ürək evində ürək tutması keçirib. Həkimlər onun ürəyini 20 dəqiqə sonra işə sala biliblər. Hazırda müğənni reanimasiya şöbəsində müalicə olunur.

News24.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, ürək dayandıqda qan axını kəsilir və beyin oksigensiz qalır. Beyin hüceyrələri oksigen olmadan 4–6 dəqiqə ərzində zədələnir, 10 dəqiqədən sonra isə bu zədələr davamlı ola bilər.

Bəzi hallarda həkimlərin sürətli ürək masajı və bədənin soyudulması (hipotermiya) üsulu ilə beyin 15–20 dəqiqəyə qədər qoruna bilər. Ürək yenidən işləməyə başlasa da, beyinin tam bərpası oksigensiz qalma müddətindən və müdaxilənin vaxtında edilməsindən asılıdır.

Həkimlər qeyd edirlər ki, beyini qorumaq üçün düzgün qidalanma, dərin nəfəs məşqləri, fiziki aktivlik və yeni vərdişlərin öyrənilməsi vacibdir.

Xeyrənsə Piriyeva