Məşhur müğənni homoseksualları təmsil etdiyini açıqladı
    • 23-02-2019, 11:57
    • 1 301

Məşhur müğənni homoseksualları təmsil etdiyini açıqladı

Bir müddət əvvəl aktyor Liam Hemsvortla ailə quran məşhur müğənni və aktrisa Mayli Sayrus söz-söhbətə rəvac verən açıqlama verib.

News24.az xəbər verir ki, müğənni ailə qurmasının seksual orientasiyasına heç bir aidiyyatının olmadığını deyib. M.Sayrus həmçinin, hələ də seksual azlıqları təmsil etdiyini açıqlayıb:

“Mən normal münasibətdə olduğum halda, hələ də kvirəm (özünü nə qadın, nə də kişi kimi hiss edən) və bununla fəxr edirəm. Bu xüsusiyyətim şəxsiyyətimin əsas hissəsidir. Düşünürəm ki, insanlar xarici görünüş və genderə deyil, insana aşiq olur”.

Teymur MƏMMƏDOV