USD 1.7
EUR 1.9044
TRY 0.2527
RUB 0.0248
  • Bakı 22°C
  • ŞUŞA 20°C
  • GƏNCƏ 22°C
  • LƏNKƏRAN 24°C
  • ŞƏKİ 23°C
  • QUBA 19°C
  • NAXÇIVAN 21°C

Zamiq dostunun sevgisini ekranlaşdırdı - VİDEO

ŞOU-BİZNES / Video

Mətn ölçüsü

Müğənni Zamiq Hüseynov yeni layihəsini təqdim edib. 

News24.az xəbər verir ki, o, musiqisi özünə, sözləri İsmayıl Əsədov və Ayşən Məmmədovaya məxsus “Var ol” adlı mahnını ekranlaşdırmaq qərarına gəlib. Zamiq bu dəfə bir neçə obrazda kamera qarşısına keçib. Bundan əlavə, sənətçi ekran işinə də rejissorluq edib. “Klipin rejissorluğu da mənə aiddir. Bu o demək deyil ki, özümü rejissor kimi sınayacam və kliplər çəkməyə başlayacam. Xeyr! Amma mənə elə gəlir ki, özüm özümü daha yaxşı görürəm. Çox maraqlı və romantik bir klip ərsəyə gəlib. Ekran işi bir məkanda çəkilib. Bir neçə obrazda kamera qarşısına keçmişəm. Çox yaxşı kadrlar var. Yaxın dostumun hazırda yaşadığı sevgini canlandırmışıq. Gözəl bir ailəni, onların övladlarını, bu günə kimi yaşadıqlarını göstərməyə çalışmışıq”,- deyə Zamiq qeyd edib.

Sevda Bayramova

Video

Xəbəri paylaş:


Oxşar xəbərlər

ŞOU-BİZNES / SİYASƏT
Günay İbrahimli "Qram qram" - VİDEO
ŞOU-BİZNES / SİYASƏT
Zamiq və Elşad Xosedən "Özü bilər" - VİDEO
ŞOU-BİZNES / SİYASƏT
Zamiq "bomj", Xose isə sürücü oldu - VİDEO
ŞOU-BİZNES / SİYASƏT
Sevda 7 ay axtardığı "Ağlarsan"ı təqdim etdi - VİDEO