Elzayla xanəndələr toqquşdu -
    • 3-12-2019, 12:58
    • 1 043

Elzayla xanəndələr toqquşdu - "Dinləyə bilmir, çölə çıxsın" - VİDEO

Əməkdar artist Elza Seyidcahanın xanəndələr haqqında dediyi "Çox oxuyub məni yorurlar, qışqırırlar. Bu xanəndələrə eyni muğamı nə qədər oxutdurarlar? Onların səsləri, boğazları mənim üçün adiləşib. Xalq və Əməkdar artistlərə artıq baxa bilmirəm" fikirləri söz-söhbətə səbəb olub.

News24.az xəbər verir ki, "ATV maqazin onlarla" verilişinə açıqlama verən xanəndələr Seyidcahana etiraz ediblər. Xalq artisti Mələkxanım Əyyubova bu haqda danışıb: "Deməyin qaydası var. Hər kəs öz yerini bilməlidir. Bilməlidir ki, kimin yanında nə danışır".

Əməkdar artist Babək Niftəliyev E. Seyidcahanın sözlərini ona şamil etmədiyi qənaətindədir.

Xanəndə İlkin Əhmədov isə "Dinləyə bilməyən çölə çıxsın. Elza xanımın şeirlərii ensiklopediyalıqdır" - deyə sənətçiyə ironiya edib.

Müğənnin sözlərinə Əməkdar artist Fərqanə Qasımova da biganə qalmayıb: "Bunu edən tamaşaçıdır. Mütləq ifaçı zil tonu göstərməlidir ki, alqış alsın".

E.Seyidcahana Əməkdar artist Təyyar Bayramov da cavab verib: "Muğamlarımız yüz il sonra da oxunsa, eyni olacaq. Mən də onun şeirlərini bəyənmirəm".

Sevda Bayramova