USD 1.7
EUR 1.8412
TRY 0.2808
RUB 0.0268
  • Bakı 8°C
  • ŞUŞA 6°C
  • GƏNCƏ 10°C
  • LƏNKƏRAN 5°C
  • ŞƏKİ 10°C
  • QUBA 4°C
  • NAXÇIVAN 2°C

“Burda nə var ki, camaat 15 dəfə ərə gedir...” - AYSUN İSMAYILOVA - VİDEO - FOTOLAR

Şou-biznes / Müsahibə / Video

Mətn ölçüsü

Onu hər kəs Rəqsanənin qızı kimi tanıyıb. Kiçik yaşlarından anasını özünə örnək bilib. Yəqin ona görədir ki, şıltaq qızcığaz özünü dərk etdiyi gündən əlinə mikrafon almağa, səhnəyə çıxmağa, məşhur olmağa can atıb. Beləcə, açıq-saçıq geyinməyi, kamera qarşısında kompleksiz, cəsarətlə rəqs eləməyi sevən ifaçı News24.az-a danışıb.

 - Xoş gördük, Aysun, necəsən? 

- Çox sağ olun, yaxşıyam. Yenicə Moskvadan qayıtmışam. Moskva çox soyuqdur. Möhkəm qar yağıb. Kaş burda da qar olardı. Bir romantik video çəkib paylaşardım. Qarı və Bakını çox sevirəm. 


- Moskvaya budəfəki səfərin qalmaqalla yadda qaldı. Ananla oxuduğun “Ay balam” mahnısı dilə-dişə düşdü... 
 
- Mahnını bir neçə müğənni oxuya bilər. Türklərin mahnılarını hər kəs götürüb oxuyur. Bəs, onlarda niyə belə söz-söhbət olmur?! Bilirəm ki, “Ay balam” mahnısının ilk ifaçısısı Kamil Cəfərovdur. Biz ondan icazəmizi almışıq, hətta anam onunla telefonla danışdı, icazəsini aldı. Lazım gəlsəydi, pulunu da verərdik, yəni burda şişirdiləsi bir problem yox idi. Biz mahnını oxuduq, klipimizi çəkdirdik, sonra gördük ki, Kamil hər yerə deyir, məndən icazə almadırlar. Biz bəstəkarla da danışdıq, ondan da icazəni aldıq. Bəstəkar Fərid Kərimli mahnıya görə bizdən pul almadı. Bir sözlə, biz hamıdan mahnının halallığını almışıq, kim bunu eləməyibsə, getsin, problemini özü həll eləsin. Bizdən sonra Damla ilə Nicat da bu mahnını oxudular. Yəni bizim aramızda heç bir söz-söhbət olmadı, amma nədənsə kamera qarşısında bu məsələ qalmaqala çevrildi. 

- Əvvəllər Rəqsanə xanım bütün açıqlamalarında deyirdi ki, “Aysunu müğənni olmağa qoymaram”. Bəs, sonra necə oldu oxumağına icazə verdi? 

- Qan və gen öz sözünü dedi (gülür). Mən geyinməyi, aktrisalığı çox sevirəm. Biz uşaqlıqda ikimərtəbəli evdə yaşayırdıq. Onun bir mərtəbəsi anamın qarderobu idi. Həmin vaxtdan onun paltarlarını geyinib, əlimə mikrafon kimi darağımı alıb güzgünün qabağında mahnı oxuyurdum. Hətta bir dəfə yadıma gəlir anamın çəhrayı rəngdə burnuuzun ayaqqabısı var idi, onu geyinirdim, dodağıma da eyni rəngdə dodaq boya çəkib evdə özüm üçün klip çəkdirirdim (gülür). Bunları da ancaq anam evdə olmayanda edirdim, çünki ondan qorxurdum. 


- Bəs, ərə gedəndən sonra da oxuyacaqsan?  

- Ailə qurandan sonra müğənniklə vidalaşıb modelyer kimi çalışacağam. Gələcək həyat yoldaşımın mənə “müğənniliyi at” sözünü deməyini gözləmədən, hər şeyi özüm bitirərəm. Çünki xəyalımda gözəl ailə tablosu var. Müğənniliyə ona görə “əlvida” deyərəm ki, kimsə yoldaşıma mənim, yaxud ailəm haqda nəsə mənfi bir söz deməsin. Kənardan, ordan-burdan kim nəyi eşidirsə, zənn edir ki, bütün şou-biznesdəkilər eynidir. Şəxsən məni tanımayan insan heç vaxt haqqımda pis söz deyə bilməz. Bir dəfə tanındığıma görə peşiman olmuşam. Biz Nanə xanımın verlişindəydik. Anam telefonla studiyaya bağlanıb dedi ki, “Nanə, bilirsən də biz də müğənnilərə yaxşı baxmırlar, ailə həyatı qurmaq çətindir”. Onda öz-özümə düşündüm ki, kaş, vaxtında anamın sözünə qulaq asardım. Bəlkə də indi ailəli idim.  

- Deyəsən, ürəyindəki o boş yerin sahibini tapmısan? 

- O yer boş, ya doludur, bu, mənim şəxsi işimdir. Bu haqda danışmağı sevmirəm. Amma evlənmə təklifi alsam, qəbul edərəm, çünki ailə qurmağı istəyirəm. Bu yaxınlarda Aynişan da ailə qurdu, onu təbrik edirəm. Baxıram, qızlar ağ gəlinlik geyinirlər, onda mən də o arzuya düşürəm. Hətta gələcəkdə iki qız və iki oğlumun olmasını arzu edirəm. Arada öz-özümə həyat yoldaşıma yemək verməyimin, paltarlarını yuduğumun xəyalını qururam. Elçi düşənlər mənə yox, anama zəng eləyib niyyətlərini deyirlər. Dəfələrlə anam məni yığıb deyib ki, “gözün aydın, səni filankəsə istəyirlər” deyib. Amma mən ailəni kimlərisə susdurmaq üçün yox, xoşbəxt olmaq üçün qurmaq istəyirəm. Hətta 50 yaşımda belə evdə qalsam belə kiməsə göstəriş üçün ərə getmərəm. Gərək sevim ki, ona “hə” deyim. Sevmədiyim, amma ailəmin uyğun gördüyü oğlanla da evlənə bilmərəm. Çünki nəticədə həm özümü, həm də onu bədbəxt etmiş olaram.  


- Vətəndaş nikahı ilə yaşamaq təklif etsələr, necə, razılaşardın? 

- Nə olub ki, mənə “zaqs” eləməyim? Kimdən əksikəm? Məncə, rəsmi nikah yoxdursa, o ailə sayılmır. Mən gələcəkdə həm rəsmi, həm də dini nikah elətdirməyi düşünürəm. Ailə deyirsənsə, əlində nikah sənədin olmalıdır ki, “bu adam mənim ərimdir” deyə biləsən. “Kəbin” kəsdirib, “zaqs” eləməmisənsə, bunu necə deyə bilərsən? Amma sən onun soyadını daşıyandan sonra heç kim sənə heç nə deyə bilməz. 


- Uşaqlığın atasız keçib. Bəs, anan üçün darıxırdın? 

- Hər zaman. Məni nənəm böyüdüb, çünki evdə pul qazanan anam olub. Uşaq vaxtı bir dəfə nənəmin yanına gəldim və başladım ağlamağa, çünki anamı istəyirdim. Mənim ondan başqa heç kimim yoxdur. Onunla ana-baladan çox rəfiqəyik, hər şeyi məsləhətləşirik. O, işləməsə, gərək, evdə hamı acından ölsün. Bütün ailəni dolandıran anamdır. Mənim atam, yəni həyat yoldaşı elə-belə sevmir onu. Necə ki, atam özü efirdə dedi ki, Rəqsanə xanım toyun yerinə, məni tutub, elə həqiqətəndə elədir (gülür) 

- Sən Rəqsanə xanımın ilk övladısan. Ananı bacı - qardaşlarına qısqanırsan? 

- Yağmur dünyaya gələndə mən çox balaca idim, amma qısqançlığım var idi. Hətta anama demişdim ki, oğlun olsa, onu yastıqla boğaram (gülür). Yağmur dünyaya gələndən sonra iki həftə evə gəlmədim. Sinif yoldaşımgilin bağında qaldım. Amma ekizlər doğulandan sonra elə bil mənim məsuliyyətim artdı. Məhəmmədəlinin ağlamağı, Mehribanın şıltaqlığı başqa ab-hava yaradır.  İndi Yağmurda qısqançlıq hissi çoxalıb. Sonra əkizlər böyüyüb təzə əkizləri qısqanarlar (gülür). 


- Əkizlər demiş, mətbuatda onların tələf olduğu haqda söhbətlər yayılıb. Bu doğrudur? 

- Xeyr təəbii ki. Uşaqların ata-anası onların üzünü göstərməyə icazə vermir. Niyə də göstərməlidir? Rəqsanə xanımın əkizləri bu qədərmi camaata maraqlıdır? Hər nə olursa-olsun, bu, bizim problemimizdir. Əkizlər böyüyəndən sonra görünüb görünməməklərinə də özləri qərar verəcəklər. Bizim ailədə mən də, Yağmur da öz istəyimizlə efirlərdə göründük, tanındıq.  


- Ananın dörd övladı var. Onlardan üçünün atası ayrı-ayrı insanlardır....  

- Burda nə var ki, camaat 15 dəfə ərə gedir. Vacib olan anamın xoşbəxtliyidir. O harda, kiminlə xoşbəxtdirsə, elə də olacaq. Heç vaxt istəmərəm ki, anam mənə görə özünü bədbəxt eləsin, istəmədiyi həyatı yaşasın. Dünya beş günlükdür. Kim nə danışırsa, danışsın. Artıq-əskik danışan adam gərək, əvvəlcə öz həyatına baxsın, sonra bizə nəsə desin. Belə deyənlərdən biri vardı, ona nəyin, necə olduğunu sübüt elədik. Mənim anamın heç vaxt başımızı aşağı salacaq, səhv hərəkəti olmayıb. Hər zaman onunla fəxr eləmişəm. Düşünürəm ki, şou-biznesdə beş yaxşı müğənni varsa, onlardan birincisi elə mənim anamdır. Çünki heç bir kişi gəlib, deyə bilməz ki, mən Rəqsanəyə bunları eləmişəm, yaxud bunu almışam. Mən indiyə kimi yad kişinin yox, anamın çörəyini yemişəm. 

- Rəqsanə xanım haqqında deyilən hər sözə sərt reaksiya verir. Amma sən ondan fərqli olaraq deyilənlərə əhəmiyyət vermirsən. Məsələn, Ülviyyə Alovlu, Təranə Səmədova “bostanını daşladılar”, amma sən cavab vermədin...
 
- Anadır axı...Əgər, ortada haqsızlıq varsa, anam dərhal cavab verəcək. Haqqımda kim nə danışırsa, qoy danışsın. Mənə maraqlı deyil, amma o, anadır, istəmir ki, balasının haqqını yesinlər. Heç vaxt onlara cavab verməyəcəyəm. Kiməsə cavab versəm, söhbət böyüyəcək, qalmaqal yaranacaq bu isə mənə lazım deyil. Məsələn, biri çıxıb mənimlə bağlı demişdi ki, səsi yoxdur. Axı mən özüm də heç vaxt böyük səs diapozonuna malik olduğumu, ya da muğam oxuya bildiyimi deməmişəm. Müğənnilik mənim xobbimdir.  

- Açıq-saçıq geyimlərin də xeyli müzakirələrə səbəb olur... 

- Hadise də belə geyinir. Niyə onun geyimi qəbul olunur, amma bizimki yox? Niyə bizdə buna pis baxırlar? Mən 22 yaşımda qısa geyinə bilərəm, 39 yox. Bizdə elə sənətçilər var ki, baxırsan yaşları 40-ı keçib, amma açıq-saçıq geyinir. O,  kök bədəninə paltarı güclə dartıb keçirirsə, mən niyə arıq vücuduma belə geyinməməliyəm?! 

Sevda Bayramova
VİDEO – FOTO: Fərid Şabanov

Video

Xəbəri paylaş:


Oxşar xəbərlər

Şou-biznes / Siyasət
Rəqsanənin əkizlərinin halı pisləşib-VİDEO
Şou-biznes / Siyasət
Zaur Kamalla Rəqsanənin əri dalaşdı
Şou-biznes
Hamilə Rəqsanə konsert verəcək