"Ağır Romantik"in aktyorları azərbaycanlı sevənlərinə səsləndi - VİDEO
    • 17-02-2020, 15:22
    • 2 314

"Ağır Romantik"in aktyorları azərbaycanlı sevənlərinə səsləndi - VİDEO

İşgüzar xanım Ruhi Əliyevanın təşəbbüsü ilə “Liatris Yapım”ın ərsəyə gətirdiyi “Ağır Romantik” filminin aktyor heyəti azərbaycanlı sevənlərinə səslənib.

News24.az xəbər verir ki, məşhur aktyorlar Onur Tuna, Tuvana Türkay, Altan Erkekli və Durul Bazan Azərbaycanda pərəstişkarları ilə bir araya gələcəklərini bildiriblər.

Onlar hər kəsi mart ayının 5-i “Cinema Plus” kinoteatrlar şəbəkəsində yayımlanacaq “Ağır Romantik”i izləməyə dəvət ediblər.

Qeyd edək ki, “Ağır Romantik”in qala gecəsi martın 7-si keçiriləcək.