"Övladlığa götürdüyüm uşaq anası ilə birləşib EVİMİ SOYDU" - Roza Zərgərli HÖNKÜRDÜ - VİDEO
    • 21-05-2020, 12:11
    • 1 384

"Övladlığa götürdüyüm uşaq anası ilə birləşib EVİMİ SOYDU" - Roza Zərgərli HÖNKÜRDÜ - VİDEO

"Birinci övladlığa götürdüyüm Natavanın doğum günü ərəfəsi idi. Düşünürdüm ki, ona nə hədiyyə alım ki, könlü xoş olsun. O da tez-tez mənə ailəsi barədə sual verirdi. Deyirdi ki, valideynlərim məni niyə atıb? və bu sualı çox verirdi. Düşündüm ki, anasını tapım, onu narahat edən sualı ona versin! Qadın kimi bir balaca paxıllığım var idi. Onu anasına qısqanırdım. Axı, ona canımı qurban verərdim, niyə anasını axtarır?" 

News24.az xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli Xəzər Televiziyasında yayzımlanan "5də5" verilişində deyib. O, bildirib ki, övladlığa götürdüyü qız anası ilə birləşib evini qarət ediblər: "Ad günündə onları tanış etdim. Anasını rəfiqəm deyə tanıtdım, o da bəyənmədi, nəsə xoşuna gəlmədi və sevmədi. Amma tanışlıqdan bir müddət sonra onlar münasibət qura bildilər. Günlərin bir günü Arif Qazıyevin yanına işlə bağlı danışmağa getdim, qayıdanda isə gördüm ki, evim qaret olunub. Nə uşaq, nə də əşyalar qalmayıb. Qalan hər şey mənim balalarıma qurbandır, amma ağlıma dərhal pis fikirlər gəldi. O məqamda mənə toxunan bir şey oldu. Ona sual verdim ki, axı niyə? Cavab verdi ki, sən anam deyilsən, ona görə... Həyatımda elə anlarım olub ki, övladığa götürdüyüm uşaqlardan biri xəstələnib demişəm ki, ya Allah özümümkünü al, amma onlara dəymə. Uşaqlar dəcəllik edəndə öz qızımı döyürdüm, amma Natavana dəymirdim, çünki onlar əmanətdir. Özümə gələ bilmədim, hətta sənətdən uzaqlaşdım, intihar belə etmək istəyirdim. Düzdür, bu hadisə o vaxtda qalıb, indi aramız yaxşıdır".

Sevda Bayramova