Kərim həbs edilən Təranə haqda: "Ailəsinə baxaram, sahib çıxaram"
    • 31-10-2018, 16:17
    • 4 215

Kərim həbs edilən Təranə haqda: "Ailəsinə baxaram, sahib çıxaram"

Xəbər verdiyimiz kimi, tanınmış prodüser Təranə Səmədova ötən gün həbs olunub.

News24.az xəbər verir ki, insan alverində adı hallanan və 2 qadın şahidin ifadəsi əsasında məhkəmə zalında həbs olunan prodüser haqda qalmaqal yaşadığı keçmiş həyat yoldaşı müğənni Kərim Abasov açıqlama edib.

O, şəxsi instagram səhifəsində düşmən münasibətində olduğu T.Səmədovanın fotosu paylaşaraq bunları yazıb:

Allah şahidim olsun ki, bu insanin tutulmağına sevinmədim...

Gərək elə bir qəddar, şərəfsiz adam olasan ki, insanın bu halına sevinəsən. Mən o ürəyin sahibi deyiləm. Sadəcə birinci növbədə anasına ürəyim yandı.

Yazıq onsuz da bir gün görməyib. Ömür boyu əziyyət çəkib. Xəstəlikdən əziyyət çəkir. Allah onu anasına və balasına bağışladı ki, 1 il cəza ilə canını qurtarıb.

Mənə çox pisliklər edib. Məni içimə qədər yandırıb, rusvayi-cahan edib. Mənim də ahım, ürəyim var. Amma Allah yenə də qapısını açsın.

Allah onu hifz etsin. Heç olmazsa türmədən çıxandan sonra düzgün həyat tərzi sürsün. Nə qədər düşmən olsam da, reallıq deyilən bir şey var.

Onunla evil olmuşam. Aması qarşıma yeməyin ən gözəl yerini qoyub, paltarlarımı yuyub. Üstümdə haqqı var. Uşağının atası övladına sahib çıxmadı. Olsun…

Həbsxanadan çıxana qədər mən onun ailəsinə baxaram, sahib çıxaram. İnsanın dar günündə onu baltalamayaq. Sadəvə Allah qapısını açsın deyək və Allaha həvalə edək.

Teymur Məmmədov