Samirə Yusifqızı: "Yarıçılpaq şəkil paylaşan kişilər qadın axtarışındadırlar"
    • 9-11-2018, 13:52
    • 2 467

Samirə Yusifqızı: "Yarıçılpaq şəkil paylaşan kişilər qadın axtarışındadırlar"

Müğənni-meyxanaçı Samirə Yusifqızı əksər kişilərlə bağlı qalmaqallı fikirlər səsləndirib.

O, sosial şəbəkələrdə yarıçılpaq şəkillər paylaşan kişiləri güvənsiz adlandırıb. Bildirib ki, bədənlərinin yarısını çöldə qoyub, şəkil çəkdirərək onları paylaşan kişilərə qadınlar güvənməməlidirlər. Daha kəskini isə - S.Yusifqızı rişxəndlə bildirib ki, o cür şəkil paylaşan kişilər özləri güvənmək üçün qadın axtarışındadırlar. Qısası, yarıçılpaq şəkil çəkdirən kişilərə "alfons" demək istəyib...

News24.Az