-
- 5-11-2019, 19:08
- 2 095
Meyxanaçı Samirə: ""Həci"yə..." - VİDEO
Son zamanlarda şəxsi həyatı ilə gündəmə gələn meyxanaçı Samirə Yusifqızı yeni açıqlamalar verib.
News24.az-a danışan Yusıfqızı sosial şəbəkədə yayılan öpüşmə videosundan da söz açıb: "Səbuhi həm prodüserdir, həm də müğənnidir. Onunla yeni layihəmiz olacaq. Klip, mahnı hazırlayacağıq. Bəlkə heç bacı-qardaş bu qədər yaxın deyil, bizim elə münasibətimiz var. Səbuhiyə başqa gözlə heç vaxt baxmaram. Əməliyyatdan sonra yanıma gəlmişdi, çay içib, söhbət edən yerdə yüngül dodaq toxunuşu oldu. Burda nə var ki? Bizim bəzi müğənnilərimiz kişi həmkarları ilə görüşəndə dodaq-dodağa öpüşürlər. Biz bunu ictimailləşdirmək istəmirdik. Səbuhinin əli dəydi və təsadüfən video statusa yükləndi. Sadəcə olaraq bu məsələni çox şişirtdilər. Hətta bəziləri deyirdi ki, mən orada sərxoş vəziyyətdəyəm, amma elə bir şey yoxdur. Samirə xanım namaz qılır, içki qəbul etmir. İçmişəmsə də, "Həci" pivəsi içmişəm. Əgər nəyisə bilmirsənsə danışma".
Meyxanaçı keçmiş sevgilisindən də danışıb: "Çox ictimailləşdiyinə görə birləşməmiş ayrıldıq. O uzaqda, mən uzaqda. Ehtiyacım yoxdur nə "həci"yə, nə də sevgiliyə. Mən özüm elə "həci" xanımam. Ürəyim xalqın, ailəmin, sənətimin sevgisi ilə doludur. Bundan sonra yaxşı insan qarşıma çıxsa bəlkə fikrimdən daşınaram. Əməliyyatlarımı özümə görə etdim. Dəridə sallanma var idi, kompleks yaranırdı. Sevənlərim üçün daim gözəl görünməyə çalışıram".
Sevda Bayramova
VİDEO: Fərid Şabanov