Ailə həyatı qurmaq istəyən Nura Suri: "Kiminsə əri ilə gəzmirəm ki"

Ailə həyatı qurmaq istəyən Nura Suri: "Kiminsə əri ilə gəzmirəm ki" Şou
Müğənni Nura Suri ailə qurmaq arzusundan danışıb.

Ər çörəyi yemək istəyən ifaçı bir müddət əvvəl sosial şəbəkədə yazdığı yazıya münasibət bildirib:

"Oturmuşdum evdə və düşündüm ki, nə yaxşı olardı ailə qurardım və gedib haradasa oxumaqdansa, ayağımı ayağımın üstünə qoyardım, ərim qazanardı mən də xərcləyərdim. Yəni bu mənim istəyimdir. O mənada yazmışdım. Burada pis nə var ki? Kiminsə əri ilə gəzmirəm ki... Həmçinin şou-biznesdən də uzaqlaşmaq istəyəyirəm.

Təkliflər çox olur, amma gərək imkanlı adamla ailə qurum ki, işləməyim".  

Teymur Məmmədov
//Xəzər Maqazin