100 yaşlı Cəbrayılov Voronejin fəxri vətəndaşı oldu

100 yaşlı Cəbrayılov Voronejin fəxri vətəndaşı oldu Siyasət
İkinci Dünya Müharibəsinin 100 yaşlı iştirakçısı Məmməd Cəbrayılova “Voronejin fəxri vətəndaşı” adı verilib. 

Bu qərar şəhər şurasının sentyabrın 12-də keçirilən iclasında qəbul edilib. 

Qərarın lehinə 35 deputatdan 33-ü səs verib. Təqdimetmə mərasimi sentyabrın 15-də şəhər günü münasibətilə Lenin küçəsində keçiriləcək mərasimdə baş tutacaq. 

Məmməd Cəbrayılov azərbaycanlıdır, Bakıda doğulub. İyulun 1-də onun 100 yaşı tamam olub. İkinci Dünya Müharibəsinin iştirakçısıdır. 

//Oxu.az