"Caspian Plaza" yanır - VİDEO
    • 31-07-2018, 11:46
    • 1 981

"Caspian Plaza" yanır - VİDEO

Bu gün saat 11 radələrində Bakı şəhərinin Nəsimi rayonu Zivərbəy Əhmədbəyov küçəsində yerləşən "Caspian Plaza" biznes mərkəzinin 8 və 9-cu mərtəbələrində yanğın başlayıb.

News24.az xəbər verir ki, hadisə yerinə Nəsimi və Yasamal rayonlarının bir neçə yanğınsöndürmə briqadası cəlb edilib. Binada işləyənlər ofislərdən çıxarılıb. 
 
İlkin məlumata görə, tüstüdən zəhərlənən bir nəfər təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
 
Əlavə məlumat veriləcək.

//Lent.az