"Piramida plaza"da baş verən yanğın söndürüldü
    • 26-06-2019, 17:00
    • 932

"Piramida plaza"da baş verən yanğın söndürüldü

Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində yerləşən "Piramida plaza"da yanğın olub.

News24.az 
"Report"a istinadla xəbər verir ki, 18 mərtəbəli plazanın 14-ci mərtəbəsindən 17-ci mərtəbəsinədək şaxtanı əhatə edib.
İlkin ehtimala görə, yanğına səbəb elektrik naqillərində yüklənmə olub.
20 nəfər bina sakini təxliyyə olunub.
Əraziyə 5 yanğınsöndürən maşını, 20 nəfər canlı qüvvə cəlb edilib. Yanğın söndürülüb.