USD 1.7
EUR 1.8873
TRY 0.2491
RUB 0.0242
  • Bakı 18°C
  • ŞUŞA 12°C
  • GƏNCƏ 19°C
  • LƏNKƏRAN 17°C
  • ŞƏKİ 16°C
  • QUBA 13°C
  • NAXÇIVAN 17°C

Prezident İlham Əliyev SƏRƏNCAM İMZALADI

SİYASƏT

Mətn ölçüsü

Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın yeni tərkibi təsdiqlənib.

News24.az 
xəbər verir ki, prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyun tarixli 1541 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, Komissiyanın tərkibi aşağıdakı tərkibdə təsdiqlənib:
 
Komissiyanın həmsədri
Əmək və əhalinin sosial müdafiəsi naziri
Komissiyanın üzvləri
Xarici işlər nazirinin müavini
İqtisadiyyat nazirinin müavini
Energetika nazirinin müavini
Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini
Mədəniyyət nazirinin müavini
Kənd təsərrüfatı nazirinin müavini
Təhsil nazirinin müavini
Səhiyyə nazirinin müavini
Gənclər və idman nazirinin müavini
Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini
Dövlət Turizm Agentliyinin sədri
Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini
Azərbaycanın Serbiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri.
Xarici İşlər Nazirliyinə dəyişiklik barədə Serbiya Respublikası tərəfinə bildiriş göndərmək tapşırılıb.
Qeyd edək ki, indiyə qədər Komissiyanın həmsədri İqtisadiyyat naziri Şahin Mustafayev olub.

Xəbəri paylaş: