Parlamentin buraxılması üçün REDAKSİYA HEYƏTİ YARADILDI - YENİLƏNİB
    • 2-12-2019, 14:13
    • 902

Parlamentin buraxılması üçün REDAKSİYA HEYƏTİ YARADILDI - YENİLƏNİB

Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət olunması barədə qərar layihəsi hazırlanıb.

News24.az APA-ya istinadən xəbər verir ki, layihəni Milli Məclis sədrinin müavini Bahar Muradova oxuyub. Daha sonra qərar layihəsi səsverməyə çıxarılıb və səs çoxluğu ilə qəbul edilib.

****
12:55

Milli Məclisin spikeri Oqtay Əsədov plenar iclasda bildirib ki, redaksiya heyətinə parlamentin vitse-spikeri Bahar Muradova, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputat Fəzail İbrahimli, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və deputat Sahibə Qafarova daxildir. /trend/