USD 1.7
EUR 1.8688
TRY 0.2733
RUB 0.0255
  • Bakı 12°C
  • ŞUŞA 13°C
  • GƏNCƏ 16°C
  • LƏNKƏRAN 15°C
  • ŞƏKİ 13°C
  • QUBA 22°C
  • NAXÇIVAN 9°C

Atəşkəs rejimi pozulub - MÜDAFİƏ NAZİRLİYİ

SİYASƏT

Mətn ölçüsü

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.

Müdafiə Nazirliyindən News24.az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari, Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Muncuqlu kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan Baş Qərvənd, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Xəbəri paylaş:


Oxşar xəbərlər

SİYASƏT
Atəşkəs rejimi 24 dəfə pozulub
SİYASƏT
Atəşkəs rejimi növbəti dəfə pozulub
SİYASƏT
Atəşkəs rejimi 94 dəfə pozulub
SİYASƏT
Atəşkəs rejimi 92 dəfə pozulub