“3+3” formatı əlverişli platformadır - Mirzoyan
Siyasət
“3+3” formatı regional problemlərin müzakirəsi üçün əlverişli platformadır.
News24.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan parlamentində çıxışı zamanı deyib.
O bildirib ki, bu platforma regionun digər ölkələri ilə kommunikasiya qurmaq, ümumi maraq doğuran mövzuları müzakirə etmək üçün əlverişli formatdır.
Mirozyan əlavə edib ki, Ermənistan regionda nəqliyyat kommunikasiyaların açılmasında maraqlıdır və bununla bağlı yanaşması dəyişməyib.