Gənclərə güzəştli kreditlər veriləcək - FƏRMAN
    • 1-04-2020, 17:44
    • 661

Gənclərə güzəştli kreditlər veriləcək - FƏRMAN

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

News24.az-ın məlumatına görə, fərmanla qaydaya yeni yarımbənd əlavə edilib.

Sənəddə sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq üçün həmin ərazilərə köçən, o cümlədən fermer təsərrüfatı və digər sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən gənclərə güzəştli kreditlərin ayrılması nəzərdə tutulur.