Vilyam Hacıyevin yerinə təyinat - SƏRƏNCAM
    • 21-05-2020, 13:02
    • 648

Vilyam Hacıyevin yerinə təyinat - SƏRƏNCAM

Elçin Adil oğlu Rzayev İmişli Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 
 
News24.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.

Xatırladaq ki, İmişlinin keçmiş icra başçısı Vilyam Hacıyev bu ayın əvvəlində vəzifəsindən azad edilib. O, Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb. Evindən və iş yerindən milyonlarla məbləğdə nağd pul vəsaitləri aşkarlanıb. Haqqında Səbail rayon məhkəməsi tərəfindən 4 aylıq həbs qətimkan tədbiri seçilib.