ABŞ Səfirliyi azərbaycanlıları Ramazan bayramı münasibəti ilə TƏBRİK EDİB
    • 24-05-2020, 11:19
    • 810

ABŞ Səfirliyi azərbaycanlıları Ramazan bayramı münasibəti ilə TƏBRİK EDİB

ABŞ-ın Azərbaycandakı Səfirliyi azərbaycanlıları Ramazan bayramı münasibəti ilə təbrik edib.

News24.az xəbər verir ki, təbrik səfirliyin “Facebook” səhifəsində yerləşdirilib.

Təbrikdə qeyd edilib ki, ABŞ-ın Azərbaycandakı Səfirliyi bütün azərbaycanlıları müqəddəs Ramazan ayının bitməsi münasibəti ilə səmimi təbrik edir: “Biz dünya müsəlmanlarının Ramazan ayı boyunca qeyd etdiyi mərhəmət, ailə, dostluq və xeyriyyə ruhunu tanıyırıq. Biz həmçinin bütün insanlara və bütün dinlərə hörmət və tolerantlıq çağırışına qoşuluruq. Ramazan Bayramınız Mübarək!”.