Seks robotlarından ibarət fahişəxana açıldı
    • 29-09-2018, 14:17
    • 4 548

Seks robotlarından ibarət fahişəxana açıldı

ABŞ-ın Hyuston şəhərində ölkədə ilk dəvə olaraq seks robotlardan ibarət fahişəxana açılıb.

News24.az xəbər verir ki, bu mühafizəkarlar və dindarlar tərəfindən birmənalı qarşılanmasa da, təşkilatçılar hallarından məmnundurlar. Çünki, seks robotu almaq istəyən insanlar arasında ona külli miqdarda pul verməzdən öncə, test etmək istəyənlərin sayı həddən artıqdır.

Bu mənada robotlardan ibarət fahişəxananının müştəriləri həddən artıq çoxdur. Təşkilatçı Yuval Gavrile 2020-ci ilə qədər bu müəssisələrin sayını 10-a çatdırmağı planlayır.

Yeri gəlmişkən, seks robotları sınaqdan keçirmək üçün 2 saata 300 dollar vermək tələb olunur. Satışda belə robotların qiymətləri 5-10 min dollar arsındadır. Qiymətlər seks kuklalarının danışa bilmək qabiliyyəti, gerçək insana maksimum oxşarlığı və elastikliyinə görə dəyişir. Robot istehsalçıları xüsusi sifarişlər əsasında hansısa ulduza və ya məşhura bənzəyən seks robotlar yarada biləcəklərini deyiblər. Bir çoxları sevdikləri qadınlara bənzəyən kuklalar əldə edə biləcəklərindən məmnunluqlarını dilə gətiriblər.

News24.az