Bu xroniki xəstəliklər xərçəngə çevrilə bilər
    • 26-04-2024, 09:19
    • 301

Bu xroniki xəstəliklər xərçəngə çevrilə bilər

Bəzi xroniki xəstəliklər xərçəngə çevrilə bilər.

News24.az "Unikal"a istinadən xəbər verir ki, bunu onkoloq-ginekoloq Yekaterina Timofeyeva bildirib.

Onun sözlərinə görə, xroniki gedişdə bağırsaq polipləri, qastrit, anal çatlar xərçəngin inkişafına səbəb ola bilər. 

Belə ki, daimi iltihab sayəsində hüceyrələr daim yenilənir, bu da onlarda parçalanma və xərçəng hüceyrələrinin yaranması riskini artırır.

Xərçəngdən əvvəlki vəziyyətlər məcburi (müalicə olmadan mütləq xərçəngə çevriləcək) və fakultativ (onlar həmişə xərçəngə çevrilmir) növlərə bölünür.

Odur ki, xroniki xəstəliyiniz varsa, ixtisaslaşmış həkimə müraciət etmək və müayinələrdən keçmək vacibdir. Məsələn, bağırsaqlardakı poliplər dövri kolonoskopiya tələb edir. 

Xərçəngin qarşısının alınması üçün ümumi qaydalara da əməl etməlisiniz: SPF qoruyucu kremlərdən istifadə edin, solaryuma getməyin, idmanla məşğul olun, aktiv həyat tərzi keçirin və optimal çəkini qoruyun.