Putin Qaşıqçının “itməsi”nə maraqlı münasibət bildirib
    • 19-10-2018, 16:00
    • 651

Putin Qaşıqçının “itməsi”nə maraqlı münasibət bildirib

“Camal Qaşıqçının itməsinin məsuliyyətinin bir hissəsi Vaşinqtonun üzərindədir.”
 
Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
 
Soçidə keçirilən iqtisadi forum zamanı Səudiyyə hökumətini tənqid edən Camal Qaşıqçının konsulluqda “itməsi” məsələsinə ilk dəfə olaraq toxunan Vladimir Putin bildirib ki, bu hadisənin məsuliyyətinin bir hissəsi rəsmi Vaşinqtonun boynundadır.
 
O həmçinin əlavə edib ki, Səudiyyə Ərəbistanını təndiq etməkdən öncə qəti sübutların ortaya çıxmasını gözləmək lazımdır.
 
Vladimir Putin vurğulayıb ki, həqiqət ortaya çıxmayana qədər Rusiya Səudiyyə Ərəbistanı ilə olan əlaqələrini korlayan deyil.
 
Xatırladaq ki, Camal Qaşıqçı carı ayın 2-də İstanbuldakı Səudiyyə konsulluğuna girib və bir daha oradan çıxmayıb. Gün keçdikcə tanınmış jurnalisin konsulluq içində öldürülməsi fikri özünü isbat etməyə yaxınlaşır. Hadisəyə görə Səudiyyə Ərəbistanına beynəlxalq müstəvidə ciddi təzyiqlər var.

//SalamNews